RU

Paşinyandan SON DƏQİQƏ AÇIQLAMALARI

Ermənistanda seçkiqabağı kampaniya zamanı baş nazir Nikol Paşinyan Azərbaycanla bağlı uzun müddətdir müzakirə olunan mövzuya toxunub.

Musavat.com xəbər verir ki, Paşinyan Ermənistana 300 min azərbaycanlının qayıdışı ilə bağlı iddiaların gündəmdən birdəfəlik çıxarıldığını bildirib.

Kotayk vilayətinin Tsaxkadzor şəhərində tərəfdarları qarşısında çıxış edən Nikol Paşinyan deyib ki, Ermənistanda bəzi qüvvələr cəmiyyətdə guya yüz minlərlə azərbaycanlının ölkəyə gələcəyi qorxusu yaradır:

“Bu gün Ermənistanda elə qüvvələr var ki, insanlara 300 min azərbaycanlının gələcəyini təlqin etmək istəyir. Amma biz bu mövzunu geridönməz şəkildə bağlamışıq”.

Paşinyan bildirib ki, Ermənistan Bakı, Sumqayıt, Gəncə və Qarabağı tərk etmiş ermənilərin geri dönüşünü siyasi gündəmə çevirməməlidir. Onun fikrincə, belə yanaşma “güzgü effekti” yaradar və qarşı tərəfdə analoji tələb gündəmə gələr.

Ermənistan hökumət başçısı Qarabağdan köçən ermənilərin yerləşdirilməsi üçün milyardlarla vəsait xərcləndiyini də vurğulayıb və bəzi revanşist qüvvələri bu mövzudan siyasi məqsədlərlə istifadə etməkdə ittiham edib:

“Bu gün Qarabağ ermənilərinin Ermənistanda yerləşməsi üçün milyardlar xərcləyirik, amma üçbaşlı müharibə partiyası onların sakitləşməməsi üçün hər şeyi edir”.

Musavat.com

Избранный
27
1
musavat.com

2Источники