RU

Xarici tələbələrin cəlb edilməsi istiqamətində dünya universitetləri arasında rəqabət güclənir Ədalət Muradov

525.az saytına istinadən ain.az xəbər verir.

"Xarici tələbələrin cəlb edilməsi istiqamətində dünya universitetləri arasında rəqabət güclənir. Xaricdə təhsil almaq istəyənlərin sayının məhdud olması bu rəqabəti daha da gücləndirir. Regional konfliktlər də bu rəqabətdə fərqli regionlar üçün fərqli imkanlar yaradır. Bu gün mövcud olan və artan müsbət beynəlxalq imici, stabilliyi, multikultural dəyərlərə sadiqliyi, ənənəvi olaraq digər millətlərə xoş münasibəti Azərbaycanın bu rəqabətdə böyük üstünlükləridir".

Bunu 525.az-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov deyib. Rektor qeyd edib ki, bütövlükdə, ən böyük cəlbedici amil isə bu günkü Azərbaycanın özüdür:

"Deyilənləri nəzərə alaraq, UNEC xarici tələbələrin qəbulu ilə bağlı bu ildən etibarən yeni strategiyanın tətbiqinə başlayır. Bununla bağlı ilk addımımız UNEC-də oxumaq istəyən xaricilər üçün "Süni İntelektli Məsləhətçi" yaratmağımız oldu. Bu "Məsləhətçi" xaricilərin UNEC-də təhsillə bağlı bütün suallarını 7/24 cavablandıracaq. "Süni İntellektli Məsləhətçi"nin təqdimatını keçirdik və ən qısa vaxtda istifadəçilərin sərəncamına veriləcək".

Sevinc Qarayeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
105
525.az

1Источники