RU

MDB-dən İrəvana yeni TƏHDİD

Ermənistanın son aylarda Avropa istiqamətində atdığı addımlar MDB məkanında narahatlıq doğurmağa başlayıb. 

Musavat.com xəbər verir ki, MDB-nin baş katibi Sergey Lebedev (Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru) İrəvanın Avropa İttifaqına inteqrasiya planları və Ermənistanda keçirilmiş Ukrayna mövzulu Avropa Siyasi Birliyi sammitinin diqqətdən kənarda qalmayacağını bildirib.

Lebedev “MDB-yə 35 il: nəticələr, vəzifələr, perspektivlər” adlı dəyirmi masada çıxışı zamanı Ermənistan rəhbərliyinin Avropa Birliyinə inteqrasiya niyyətinə xüsusi toxunub.

“Bu yaxınlarda Ermənistanda keçirilmiş Avropa İttifaqının Ukrayna üzrə sammitini və ölkə rəhbərliyinin Ermənistanın Avropa Birliyinə daxil olması ilə bağlı mövqeyini diqqətdən kənarda qoya bilmərik”,-deyə o, qeyd edib.

MDB baş katibi Ermənistanın həm KTMT, həm Avrasiya İttifaqı, həm də MDB üzvü olduğunu xatırladıb. Bu açıqlamalar Moskvadan İrəvana yönəlmiş növbəti siyasi təhdid kimi qiymətləndirilir.

Musavat.com

Избранный
18
musavat.com

1Источники