RU

50 min nəfər işə götürüləcək, özü də yüksək maaşla - Bu ölkəyə getmək üçün...

Almaniya “Miqrasiya Qanunu” çərçivəsində müəyyən peşə sahələri üzrə xaricdən işçi qəbulunu sürətləndirir. Hər il olduğu kimi, 2026-cı ildə də xaricdən işçi qəbuluna start verilib. Şərtləri qarşılayan şəxslər Almaniyada illik 60 min avroya qədər maaşla işləmək imkanı əldə edə biləcək.

Musavat.com xəbər verir ki, ən böyük ehtiyac isə səhiyyə sektorunda müşahidə olunur.

Məlumata görə, Almaniya yaşlanan əhali və artan səhiyyə tələbatı səbəbilə 50 min ixtisaslı səhiyyə işçisi işə götürməyi planlaşdırır. Xüsusilə “uzman tibb bacısı” və yaşlı baxımı sahəsində çalışanlara böyük ehtiyac olduğu bildirilir.

Uzman tibb bacıları üçün nəzərdə tutulan illik maaşın 45 min avro ilə 60 min avro arasında dəyişdiyi açıqlanıb. Əlavə növbə ödənişləri, regional əlavələr və sosial paketlərin maaşı daha da artırdığı qeyd olunur.

Almaniyanın işçi axtardığı əsas sahələr bunlardır:

Uzman tibb bacısı və xəstə baxıcısı
Fizioterapevt
Proqram təminatı inkişaf etdiricisi
Süni intellekt və kibertəhlükəsizlik mütəxəssisi
Maşın mühəndisi

Xüsusilə avtomobil, enerji və texnologiya sektorlarında ixtisaslı mühəndislərə tələbatın yüksək olduğu vurğulanır.

Almaniyada işləmək üçün hansı şərtlər lazımdır?

Xəbərdə qeyd olunur ki, Almaniyada işləmək istəyən şəxslər üçün əsas şərtlərdən biri ən az B1 səviyyəsində alman dili biliyidir. Bəzi texniki sahələrdə isə bu tələb işəgötürənə görə dəyişə bilər.

Müraciət üçün tələb olunan əsas sənədlər:

Xarici pasport
Biometrik foto
Almaniyadakı şirkətdən rəsmi iş təklifi
Diplom və denklik sənədi
Tibbi sığorta
Məhkumluq arayışı

Namizədlər əvvəlcə diplomlarının Almaniyada tanınmasını təmin etməli, daha sonra iş müsahibələrindən keçərək konsulluğa iş vizası üçün müraciət etməlidirlər.

Musavat.com 

Избранный
8
musavat.com

1Источники