RU

Kürdəmirdə 3 yaşlı uşağın ölümü ilə bağlı TƏBİB dən açıqlama

Bizim media saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Kürdəmirdə bədbəxt hadisə nəticəsində azyaşlı faciəvi şəkildə həyatını itirib.TƏBİB-dən Bizim.Media-nın Aran bürosunun sorğusuna cavab olaraq bildirilib ki, 25.05.2026-cı il tarixində saat 20:40 radələrində hündürlükdən yıxılma səbəbilə 2023-cü il təvəllüdlü azyaşlı (kişi cinsli) Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.Ona qarının və döş qəfəsinin küt travması, sağ bud nahiyəsinin, sol qamış sümüyünün və sağ kürək sümüyünün sınıqları, sağ tərəfli pnevmotoraks diaqnozu təyin edilib.Azyaşlı dərhal əməliyyata alınıb. Lakin aparılan reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 23:00 radələrində azyaşlının bioloji ölümü qeydə alınıb.Bizim.Media, Aran bürosu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
15
1
bizim.media

2Источники