RU

Qazansa, gedib əlini öpəcəm Özeldən Kılıçdaroğluna

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

“Kemal bəyə səslənirəm. Gəlsin, bayramdan sonrakı bir-iki həftə ərzində 2 milyon üzvümüzə başqanımızı seçdirək. Əgər 2 milyon CHP-linin qarşısına sandıq qoysanız, mən namizədəm. Əgər məndən başqa biri seçkini qazanarsa, sadəcə əlini qaldırmaq yox, gedib əlini öpəcəyəm və ömrüm boyu yanında olacağam”.

Bunu İzmirdə keçirilən “Millət Buluşması” mitinqində çıxış edən keçmiş CHP sədri Özgür Özel keçmiş partiya lideri Kemal Kılıçdaroğluna müraciətində deyib.

Xatırladaq ki, Ankara Bölgə Ədliyyə Məhkəməsi Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) 4-5 noyabr 2023-cü il tarixlərində keçirilən qurultayının nəticələrini ləğv edib.

Qəbul edilmiş qərara əsasən, partiyanın sədri Özgür Özel və partiya rəhbərliyi müvəqqəti olaraq vəzifələrindən uzaqlaşdırılıb, CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu və onun rəhbərliyinin isə vəzifəsi bərpa olunub.

Məhkəmə həmçinin qərara alıb ki, mütləq etibarsızlığa əsaslanan ləğvetmə qərarına görə, həmin tarixdən sonra partiya daxilində keçirilən bütün növbədənkənar və fövqəladə qurultaylar və həmin qurultaylarda qəbul edilmiş bütün qərarlar da etibarsızdır.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
44
azpolitika.info

1Источники