RU

“Anaların daha tez pensiyaya çıxmasına şərait yaradılmalıdır” DEPUTATDAN TƏKLİF

Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Milli Məclisin deputat Əli Məsimli çoxuşaqlı ailə anlayışına yenidən baxılmasını təklif edib.

Gununsesi.info  xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatın müzakirəsi zamanı deputat Əli Məsimli deyib.

Deputat bildirib ki, hazırda qanunvericiliyə əsasən, 5 və daha çox uşağı olan ailələr çoxuşaqlı ailə hesab olunur və müavinət alır:

“5 və daha çox uşağı olan ailələr uşaqlı ailələrin cəmi 3 faizini təşkil edir. Çoxuşaqlı ailə modeli 5 uşaqdan 3 uşağa endirilsin”.

Deputat onu da qeyd edib ki, bu dəyişiklik həmin anaların daha tez pensiyaya çıxmasına və daha çox ailənin müavinət almasına şərait yarada bilər:

“Belə addım bir və iki uşaqlı ailələrdən üç və daha çox uşaqlı ailə modelinə keçid üçün də təşviq rolunu oynaya bilər”.

Şəbnəm

Gununsesi.info 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
14
icma.az

1Источники