RU

“Qara-Ağ” filmi beynəlxalq festivalın rəsmi proqramında

Bakı, 26 may, AZƏRTAC

Gənc istedad Kövsər Qurbanovanın “Qara-Ağ” (Black & White) qısametrajlı animasiya filmi Xorvatiyanın Varajdin şəhərində keçirilən 17-ci Beynəlxalq “VAFI-RAFI” Uşaq və Gənclərin Animasiya və Film Festivalının rəsmi proqramına seçilib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Kino Agentliyindən (ARKA) məlumat verilib.

Bildirilib ki, animasiya və uşaq kinosunun dəstəklənməsi Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən ARKA-nın fəaliyyətində prioritetlərdən biridir.

ARKA tərəfindən prodüser Zeynəb Qurbanova və rejissor Kövsər Qurbanovanın festivalda iştirakı üçün səfər dəstəyi göstərilib.

Избранный
15
1
azertag.az

2Источники