İnsan bədənində “üçüncü göz” kimi tanınan epifiz vəzinin funksiyası ilə bağlı yeni araşdırma aparılıb.
Publika.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Britaniya və İsveç alimlərinin tədqiqatına görə, beynin dərinliyində yerləşən bu quruluş görüntü yaratmasa da, işıq və qaranlıq dövrünü hiss edərək bədənin bioloji saatını tənzimləyir.
Alimlər bildiriblər ki, epifiz vəzi melatonin hormonu ifraz edərək yuxu-oyanma rejiminin və sirkadian ritmin qorunmasında mühüm rol oynayır. Tədqiqat zamanı müəyyən olunub ki, bu struktur beyinə dolayı siqnallar göndərərək orqanizmin işıq və qaranlığa uyğunlaşmasına kömək edir.