RU

"Sevgilimlə 3 yaşında tanış olmuşam" - Seda Sayanın gəlini

Türkiyəli aktrisa İlayda Alişan sevgilisi Oğulcan Engin ilə bağlı maraqlı açıqlamasıyla diqqət çəkib.

Musavat.com xəbər verir ki, aktrisa iştirak etdiyi proqramda həm şəxsi həyatı, həm də karyerası barədə danışıb.

İki ildən artıqdır Oğulcan Enginlə münasibətdə olan Alişan bildirib ki, sevgilisi ilə yolları əslində illər əvvəl kəsişib.

“Oğulcanı tanımamışdan əvvəl də Seda Sayanın böyük pərəstişkarı idim. Anam da onu çox sevirdi. Sonradan öyrəndik ki, anam məni 3-4 yaşım olanda apardığı bir mağazada Seda Sayan və Oğulcan da olub. Deməli, biz ilk dəfə həmin vaxt qarşılaşmışıq”, – deyə aktrisa qeyd edib.

İlayda Alişan müsahibəsində uşaqlıq illərindən çəkiliş meydançalarında olduğunu da xatırladıb:

“5-6 yaşımda setlərlə tanış oldum. Çəkilişlərdə ağlayan, naz edən uşaqlardan idim. Modaya həmişə marağım olub. Nənəmin baş örtüyündən özümə paltar hazırlayırdım”.

Aktrisa sevgilisi ilə xarakterlərinin fərqli olduğunu vurğulayaraq, “Oğulcan mənim tam əksimdir. O, çox planlıdır. Tətil marşrutunu mən seçirəm, proqramı isə Oğulcan hazırlayır”, sözlərini əlavə edib.

Gələcək qayınanası hesab olunan Seda Sayan barədə də danışan Alişan onun ən sevdiyi müğənnilərdən biri olduğunu bildirib.

Qeyd edək ki, cütlük daha əvvəl evliliklə bağlı verilən suallara “Qismət” cavabını vermiş və münasibətlərinin xoşbəxt şəkildə davam etdiyini açıqlamışdı.

Könül
Musavat.com

Избранный
61
musavat.com

1Источники