RU

Anomal istilər Fransada ölüm hallarını artırdı

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Fransada hökm sürən anomal isti hava şəraiti səbəbindən 8 vilayətdə xəbərdarlıq səviyyəsinin "narıncı"ya qaldırıldığı açıqlanıb.

Fransada dünəndən bəri təsirini göstərən anomal istilər davam edir.

"Cebheinfo.az" xəbər verir ki, ölkənin meteorologiya xidməti "Meteo France" fəsil normalarından xeyli yüksək olan hava temperaturu səbəbindən 8 vilayətdə həyəcan səviyyəsini "narıncı"ya yüksəldib. Gün ərzində hava temperaturunun 36 dərəcəyə qədər yüksələcəyi gözlənilir.

Fransa hökumətinin sözçüsü Mod Brejon qonaq olduğu Fransanın "TF1" kanalında bildirib ki, anomal isti hava şəraitində keçirilən idman yarışlarında 2 nəfər həyatını itirib, 5 nəfər isə sərinləmək üçün girdiyi suda boğulub.

Fransanın İdman və Gənclik naziri Marina Ferrari "RMC" kanalında çıxışı zamanı yaxın günlərdə hava şəraitinin gedişatından asılı olaraq bəzi idman yarışlarının təxirə salına biləcəyini bəyan edib.

Paris-Nitsa marşrutu üzrə hərəkət edən qatar isə dünən elektrik enerjisinin kəsilməsi səbəbindən təxminən 4 saat dayanmalı olub. Kondisioner sistemi sıradan çıxan qatardakı yüzlərlə sərnişin bürkü hava səbəbindən heyət tərəfindən vaqonlardan xaricə çıxarılıb.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
60
1
cebheinfo.az

2Источники