RU

Qurban Bayramı paylaşmaq hissinin gözəlliyi

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Qurban Bayramı qədim bayramlardandır. Dini bayramlardan biri olan bu bayram ölkəmizdə də geniş şəkildə qeyd edilir. Uşaq vaxtı Qurban Bayramı bizim üçün daha çox səhər tezdən başlayan qəribə bir həyəcan idi.

Evdə hazırlıq, gələn qonaqlar, bişən yeməklər, küçədə hiss olunan o fərqli ab-hava… İlk növbədə isə kimsəsizlərə, ehtiyac sahiblərinə, eyni zamanda qohumlara, qonşulara çatdırılan qurban payları. O zaman bayramın mənasını tam anlamırdıq. İnsan böyüdükcə anlayır ki, bəzi günlərin dəyəri illər keçdikcə daha yaxşı hiss olunur.

Qurban Bayramının gözəlliyi təkcə bir ibadətdə deyil. Əsl gözəllik həm də paylaşmaqdadır. Bir ailənin süfrəsinə pay aparmaq, kiminsə qapısını boş çevirməmək, uzun zamandır danışmadığın adamın birdən yadına düşməsi… Bayramların əsl mənası bəlkə də elə budur. Bəzən çox kiçik görünən şeylər kiminsə gününü, həyata baxışını dəyişə bilir.

Bu bayram mənə həmişə bunu xatırladır: insan tək yaşayanda deyil, paylaşanda tamamlanır. Çünki ruzi azalanda yox, vicdan azalanda insan kasıblaşır. Bəlkə də buna görə bayram günlərində insanlar bir az daha yumşaq danışır, bir az daha çox xatırlayır, bir az da olsa ürəyini açır.

Qurban Bayramı hər evə ruzi, hər ailəyə sakitlik, hər ürəyə mərhəmət gətirsin. Kəsilən qurbanlar, edilən dualar qəbul olsun.

Qurban Bayramınız mübarək!

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
20
bizimyol.info

1Источники