RU

 “Müasir şəhərlər və su təsərrüfatı” layihəsi çərçivəsində  tədbirlər keçirilib - FOTOLAR

“Sudan İstifadə sahəsində Mütəxəssislər” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə “WUF13 ilə bağlı təşəbbüslər” istiqaməti üzrə “Müasir şəhərlər və su təsərrüfatı” adlı layihə “Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutunun” tərəfdaşlığı ilə 18,19,20 may tarixlərində həyata keçirilmişdir. 

QHT.AZ xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.Vətən uğurunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edildi. 
Layihənin rəhbəri Pərvanə Xıdırova qonaqları salamladı, yerli və xarici iştirakçıları tədbirdə görməkdən məmnunluğunu bildirdi. 
Tədbirinin 1-ci günü Bakı Olimpiya Stadionun Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin pavilionunda xarici ekspertlərinin iştirakı ilə panel müzakirə şəklində həyata keçirildi. 
Panel müzakirədə Beynəlxalq Su İdarəetmə İnstitutunun Özbəkistan üzrə rəhbəri Dr. Barbara Janusz-Pawletta Davamlı inkişaf strategiyasında transsərhəd suların idarəedilməsində əməkdşlıqların rolu ilə bağlı məlumat verdi. Digər nümayəndəsi Layihələrin idarəedilməsi üzrə rəhbər Alexandr Nikolayenko Müasir məskunlaşmada içməli suarda və davamlı su idarəetməsində sanitariya dəyişkənlikləri ilə bağlı təqdimat  etdi. Türkiyənin İstanbul Texnik Universitetinin Prof, Bülent İnanç Şəhərsalmanın yeni erasında su idarəetməsində: effektivlik, gəlir gətirməyən su sərfiyyatının azaldılması ilə bağlı çıxış etdi. Polşanın Mickiewicz Universitetinin professoru Dr. Çezary Madry Polşada su ehtiyatlarının idarə olunmasında insan geoqrafiyasının perpektivindən bəhs etdi.


Moderator Tural Mustafazadə ekspertlərə mövzularla bağlı suallar verərək müzakirə edildi. Sonda iştirakçıları maraqlandıran  sualları ekspertlərə verdi. 


Tədbirin 2-ci günündə “Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutunun” sədr müavini Rəşail İsmayılov xarici ekspertlərimizi layihəmizin qonağı olmaqdan məmnunluğunu bildirərək, Azərbaycanda görülən işlərlə bağlı qonaqların diqqətinə çatdırdı. Layihə su təsərrüfatı və şəhər infrastrukturu sahəsinə marağı olan, elmi biliklərini inkişaf etdirmək istəyən şəxslər üçün nəzərdə tutulmuşdur.

SAİRS-ın direktoru Şöhrət Məmmədov “Müasir şəhərlərdə insan və təbiət ahəngliyi” mövzusunda maraqlı təqdimatla çıxış etmişdir. İştirakçılar bu mövzu ilə bağlı müzakirələr aparıldı. Təlim və İnnovasiya Mərkəzinin rəhbəri Bahadur Kəngərlinin müşayiəti  ilə müasir texnologiyalarla modelləşdirilmiş və yaşıllaşdırılmış ekopark ərazisinə infotur təşkil edildi. Ərazidə gedən işlərlə bağlı xarici qonaqlarımız və iştirakçılar ətraflı məlumat əldə etdilər.

 

İnfoturdan sonra panel sessiyası başlandı. Beynəlxalq Su İdarəetmə İnstitutunun Özbəkistan üzrə rəhbəri Dr. Barbara Janusz-Pawletta və layihələrin idarəedilməsi üzrə rəhbər Alexandr Nikolayenko, Türkiyənin İstanbul Texnik Universitetinin Prof, Bülent İnanç, Polşanın Mickiewicz Universitetinin professoru Dr. Çezary Madry panel sessiyasında iştirak etdilər. Moderator Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutunun Strateji İnkişaf Departamentinin rəhbəri Şəlalə Həsənova Davamlı inkişaf strategiyasında transsərhəd suların idarəedilməsində əməkdaşlıqların rolu, müasir məskunlaşmada içməli sularda və davamlı su idarəetməsində sanitariya dəyişiklikləri, şəhərsalmanın yeni erasında su idarəetməsi: effektivlik, gəlir gətirməyən su sərfiyyatının azaldılması, Polşada su ehtiyatlarının idarə olunmasında insan geoqrafiyasının perspektivi ilə bağlı maraqlı müzakirələr aparıldı. İştirakçılar arasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əcnəbi tələbələri iştirak etmişdir. Tədbirin bədii hissəsində, ADNSU-nun tələbələri  birliyi tərənnüm edən rəqslərlə yaddaqalan etdilər. 

 

Tədbirin 3-cü günündə, xarici ekspert, Amerika vətandaşı Alan Mammoser Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin pavilionunda təqdimatla çıxış etmişdir. Sonra isə, xarici ekspertlərlə birgə Ceyranbata Ultrasüzgəcli Təmizləyici Qurğular Kompleksinə infotur təşkil edildi. Ceyranbatan UF-nin rəhbəri Oruc Bayramovun müşayiəti ilə müasir su idarəetmə sistemi ilə bağlı gedən işlərlə  bağlı xarici ekspertlərimizə ətraflı məlumat verildi. Müasir su təsərrüfatı ilə bağlı infoturlar təşkil edildi.


Sonda, xarici ekspertlər  Təşəkkürnamə ilə təltif edildi. 
Ekspertlərə və layihə komandasına  təşəkkür edilərək, xatirə şəkil çəkdirildi.

Избранный
24
qht.az

1Источники