RU

Biləsuvarlılar onu axtarır DƏLƏDUZLUQ EDİB

ain.az bildirir, Gununsesi portalına istinadən.

Xırdalanda makler fəaliyyəti ilə məşğul olduğu deyilən Biləsuvar sakininə qarşı dələduzluq iddiaları səsləndirilib.

Gununsesi.info bildirir ki, sosial şəbəkədə yayılan paylaşımda Əliyev Bəhruz Sulduz oğlunun yaxın çevrəsinin etibarından sui-istifadə edərək insanları aldatdığı iddia olunub.

Bildirilir ki, Biləsuvar rayonundan olan və hazırda Xırdalanda kirayədə yaşayan həmin şəxs “1 həftəyə qaytaracağam” vədi ilə dostundan 12 min manat alıb və pulu geri qaytarmayıb.

İddialara görə, hadisədən sonra o, Rusiyanın Novosibirsk şəhərinə gedib. Daha sonra ölkəyə qayıtsa da, borclarını ödəməkdən yayındığı bildirilir. Şikayətçi qeyd edir ki, Bəhruz Əliyev hər ay müəyyən məbləğ ödəyəcəyinə söz versə də, yalnız qismən ödəniş edib, daha sonra isə əlaqəni kəsib.

Paylaşımda həmin şəxsin yalnız bir nəfəri deyil, digər qohumlarını və tanışlarını da aldatdığı iddia edilir. Zərərçəkənlər arasında Biləsuvar rayonundan olan müəllimlərin də olduğu vurğulanıb.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edildiyi bildirilib. Qarşı tərəfin mövqeyi isə hələlik məlum deyil.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
30
icma.az

1Источники