RU

“Milan”ın hücumçusu antirekorda imza atdı

“Milan”ın hücumçusu Santyaqo Ximenes İtaliya A Seriyası tarixində start heyətində 10 və ya daha çox oyuna çıxaraq mövsümü qol vurmadan başa vuran ilk futbolçu olub.

KONKRET.az “The Touchline”a istinadən xəbər verir ki, bu antirekord “Milan”ın A Seriyasının 38-ci – son turunda öz meydanında “Kalyari”yə 1:2 hesabı ilə məğlub olduğu oyundan sonra qeydə alınıb.

Cari mövsümdə Santyaqo Ximenes İtaliya çempionatında 16 oyunda meydana çıxıb və iki məhsuldar ötürmə ilə yadda qalsa da, qol vura bilməyib.

Hücumçu 2025-ci ilin fevralında 30 milyon avro qarşılığında “Feyenoord”dan “Milan”a transfer olunub. O, “rossoneri”nin heyətində keçirdiyi ümumilikdə 37 oyunda yeddi qol vurub və altı məhsuldar ötürmə edib.\\oxu.az

Избранный
15
3
konkret.az

4Источники