RU

Zəvvarların əksəriyyəti Ərəfata çatdı

Həcc ziyarətini yerinə yetirmək üçün Səudiyyə Ərəbistanına gedən zəvvarların əksəriyyəti Ərəfata çatıb.Metbuat.az xəbər verir ki, zəvvarlar Məkkədən 25 kilometr şərqdə yerləşən Ərəfata qruplarla yola düşməyə başlayıblar. Bildirilir ki, yola düşməzdən əvvəl Səudiyyə Ərəbistanı hakimiyyəti zəvvarların “Nusuk” kartlarını sistemlə yoxlayıb. Bu yoxlamalardan sonra avtobuslara qrup məlumatlarını ehtiva edən barkodlar yapışdırılıb.

Ərəfata çatan zəvvarlar Adəmlə Həvvanın Yer üzündə görüşdüyü və ilk tövbənin qəbul edildiyi Mərhəmət dağına (Cəbəl ər-Rəhmə) dırmaşaraq dua ediblər.

Избранный
29
19
metbuat.az

10Источники