“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva yay transfer dönəmində diqqət mərkəzindədir.
İdmanxeber.az-ın məlumatına görə, “Atletiko” portuqaliyalı futbolçunun “Yuventus”a mümkün keçidinə mane olmaq üçün rəsmi addım atıb.
Madrid klubu Bernardo Silvaya cəlbedici təklif təqdim edib. Bu səbəbdən, təcrübəli yarımmüdafiəçi hazırda karyerasını İspaniyada davam etdirmək variantına daha isti yanaşır.