RU

Putin Qazaxıstana dövlət səfərinə gedir

BAKI, 27 may. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin bu gün axşam saatlarında Qazaxıstana dövlət səfərinə yollanacaq.

Teleqraf xəbər verir ki, mayın 27-dən 29-dək davam edəcək səfər diplomatik protokolda ən yüksək status hesab olunur. Bildirilir ki, dövlət səfəri adətən prezidentin bir səlahiyyət müddəti ərzində yalnız bir dəfə həyata keçirilir. Lakin Astananın təşəbbüsü ilə bu qaydada istisna edilib.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov qeyd edib ki, bu addım iki ölkə arasında münasibətlərin misilsiz yüksək səviyyəsini vurğulamaq məqsədi daşıyır.

Səfər çərçivəsində Vladimir Putinlə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında həm ikitərəfli münasibətlər, həm də Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Məlumata görə, Tokayev Putini şəxsən hava limanında qarşılayacaq. Daha sonra liderlər Tokayevin “Kedrovı dom” iqamətgahında qeyri-rəsmi görüş keçirəcək və səfərin gündəliyini müzakirə edəcəklər.

Kremlin məlumatına əsasən, bu görüş Tokayevin prezidentliyi dövründə Putinlə 39-cu şəxsi görüş olacaq.

Qeyd edək ki, Vladimir Putin son 26 ildə Qazaxıstana 33 dəfə səfər edib. Onun ilk dövlət səfəri 2000-ci ilin oktyabrında baş tutub. Sonuncu yüksək səviyyəli səfər isə 2024-cü ilin noyabrında Astanada keçirilib.

Избранный
93
50
teleqraf.com

10Источники