RU

Sahibkarlara ŞAD XƏBƏR - VİDEO

"Biz maliyyə bazarlarının fəal iştirakçısıyıq və dövlət büdcəsinin gəlir-xərc seqmentinin tənzimlənməsi üçün həm cari sərbəst vəsaitlərimizi investisiya edirik, həm də kəsirin bağlanması məqsədilə borclanmalar həyata keçirir və ya mövcud borcların təkrar maliyyələşdirilməsini təmin edirik. Bu tip geosiyasi çağırışlar birmənalı şəkildə maliyyə bazarlarına təsir edir, faiz xərclərini artırır və nəticə etibarilə bizim üçün müəyyən çağırışlar yaradır".

 

Pravda.az xəbər verir ki, bu fikirləri maliyyə naziri Sahil Babayev AzTV və AZƏRTAC-a müsahibəsində səsləndirib.

 

"Üçüncü istiqamət kimi düşünürəm ki, real sektora ən böyük təsiri qeyri-neft ixracı ilə bağlı hiss edəcəyik. Çünki bugünkü geosiyasi hadisələr əsasən Körfəz ölkələrində və Rusiya-Ukrayna istiqamətində baş verir. Həm Körfəz ölkələri, həm də MDB məkanı bizim qeyri-neft ixracımızda mühüm rol oynayır.

 

Logistik zəncirlərdə problemlərin yaranması, əlbəttə ki, qeyri-neft sektorunda ixracımıza mənfi təsir göstərəcək. Bu, qeyri-neft sektorunda logistik xərcləri artıracaq, bəzi hallarda isə təhlükəsizlik baxımından həmin bazarlara çıxışımızı məhdudlaşdıracaq.

 

Ona görə də bu aspekt nəzərə alınmalıdır. Düşünürəm ki, növbəti dövrlərdə biz mütəmadi olaraq makro səviyyədə bu qiymətləndirmələri hökumətə təqdim edəcəyik. Birlikdə bu çağırışların minimallaşdırılması, sahibkarlarımıza müvafiq dəstəyin göstərilməsi və növbəti dövrdə adekvat addımların atılması üçün plan və tədbirlərimizi müəyyən edəcəyik", - deyə o qeyd edib.

 

Tarix: 27 May 2026, 07:46   
Избранный
47
2
pravda.az

3Источники