RU

Ceyhun Bayramov Quterreşə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının "Beynəlxalq sülh və təhlükəsizliyin qorunması: BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə hörmət və BMT mərkəzli beynəlxalq sistemin gücləndirilməsi" mövzusunda keçirilmiş açıq müzakirələrdə iştirakı çərçivəsində BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb.

 

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

 

Görüş zamanı Azərbaycan və BMT arasında mövcud əməkdaşlıq gündəliyi, habelə bölgədəki cari vəziyyət müzakirə olunub.

 

C. Bayramov Azərbaycanın BMT, onun ixtisaslaşmış qurumları ilə faydalı əməkdaşlıq etdiyini bildirib. Xüsusilə ölkəmizdə cari ilin 17–22 may tarixlərində təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının uğurla keçirilməsi məmnunluqla qeyd olunub.

 

Bununla yanaşı, Azərbaycanın Mərkəzi Asiya ilə steateji əlaqələri, nəqliyyat və kommunikasiya sahəsində rolu vurğulanıb.

 

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, keçmiş məcburi köçkünlərin öz evlərinə ləyaqətli qayıdışının təmininə istiqamətlənən bərpa və quruculuq işləri, Azərbaycan-Ermənistan normallaşma prosesi, etimad-quruculuğu tədbirləri, habelə bölgədə mina təhdidi barədə qarşı tərəfə ətraflı məlumat verilib.

 

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix: 27 May 2026, 07:55   
Избранный
6
12
pravda.az

10Источники