İsrailin Azərbaycandakı səfirliyi xalqımızı Qurban Bayramı münasibətilə təbrik edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında paylaşım edilib.
“Bu mübarək gün münasibətilə qardaş Azərbaycan xalqına və bütün müsəlman dünyasına sülh, bərəkət və xoşbəxtlik arzulayırıq. Qoy bu müqəddəs bayram birlik, mərhəmət və bölüşmə ruhunu daha da gücləndirsin.
Qurban Bayramı sizə və ailələrinizə sağlamlıq, firavanlıq və ruzi-bərəkət gətirsin”, - paylaşımda qeyd olunub.