RU

Özgür Özəldən "Yeni partiya quracaqsınız?" sualına CAVAB - VİDEO

CHP sədri Özgür Özəl Qurban bayramı namazını doğma şəhəri Manisadakı Hatuniyə məscidində qılıb. Namazdan sonra vətəndaşlarla bayramlaşan Özəl gündəmdəki mühüm məsələlərə toxunub.

Musavat.com "Haberler.com" portalına istinadən xəbər verir ki, "Yeni partiya quracaqsınız?" sualını cavablandıran Özəl “Yeni bir partiya qurmaq niyyətimiz yoxdur. İstifa edək deyənlər var, heç kim partiyasından ayrılmasın, istifa etməsin, biz bu problemi bir şəkildə həll edəcəyik” deyib.

Kamal Kılıçdaroğluna da çağırış edən Özəl “Qərarı 2 milyon üzvümüz versin” ifadələrini işlədib:

“Ümid edirik ki, Kılıçdaroğlu seçki ilə gəlmədiyi bir partiyanı idarə etməyə cəhd göstərməz. Qurultaya getməyin yolu çox bəllidir. Ona bir çağırışım var: qoy sədr 2 milyon üzvümüzün qərarı müəyyənləşdirsin. O, seçkiyə hansı nümayəndə heyəti ilə girmək istəyirsə, mən hazıram. Bu, həm Türkiyə üçün çox gözəl bir nümunə olar, həm də bütün mübahisələrə son qoyar”.

“Partiyamızda seçkilərin mümkün qədər tez keçirilməsini istəyirik. 81 vilayət sədrimizin hamısı, bütün üzvlərimiz, hər kəs seçki çağırışı edir”, - deyə o qeyd edib.

Musavat.com

Избранный
65
musavat.com

1Источники