RU

QALMAQAL: 79 yaşlı seysmoloq arvadından BOŞANIR

Məşhur zəlzələ mütəxəssisi, professor Ahmet Ercan 24 illik həyat yoldaşı Nidzara Ercandan boşanır.

Musavat.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, Ahmet Ercan həyat yoldaşının onu xəstəlik dövründə tək qoyduğunu iddia edərək boşanma iddiası qaldırıb.

Professor məhkəməyə təqdim etdiyi ərizədə ötən il infarkt keçirdiyini, həmin müddətdə isə həyat yoldaşının ona dəstək olmadığını və çətin günləri təkbaşına yaşadığını bildirib.

Məlumata əsasən, tərəflər arasında uzun müddətdir ciddi anlaşılmazlıqlar yaşanır. 

79 yaşlı professorun iddiasına görə, 54 yaşlı Nidzara Ercan Beşiktaşda yaşadıqları mənzilin onun adına keçirilməsini istəyib.

Lakin Ahmet Ercan həmin evin yeganə sahibi olmadığını, buna görə də bu istəyin mümkün olmadığını vurğulayıb.

İstanbul Ailə Məhkəməsi iddianı icraata qəbul edib. Tərəflər arasında qalmaqallı boşanma prosesinin yaxın həftələrdə keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, Ahmet Ercan və Bosniya-Herseqovinanın İstanbuldakı keçmiş baş konsulu Nidzara Ercan 2002-ci ildə ailə qurublar. Cütlüyün tanışlıq hekayəsi uzun illər mediada maraqla qarşılanıb. Bildirilir ki, onların münasibəti professorun Bosniya və Herseqovinada dost dəvəti zamanı tanış olması ilə başlayıb, daha sonra İstanbulda davam edən münasibət qısa müddətdə nikahla nəticələnib.

Ahmet Ercan illər əvvəl verdiyi müsahibələrdən birində Nidzara Ercanla evlənəcəyini əvvəlcədən yuxusunda gördüyünü də açıqlayıb.

Musavat.com

Attachment

Избранный
27
2
musavat.com

3Источники