RU

Cessi Marş Kanada millisi ilə müqaviləsinin müddətini uzatdı

ain.az, sport24.az saytına istinadən bildirir.

Cessi Marş DÇ-2026 ərəfəsində Kanada millisi ilə müqaviləsini 2030-cu ilə qədər uzadıb. Sport24.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

Marş 2024-cü ilin mayından Kanadanın "sükanı arxasındadır". Komanda onun rəhbərliyi altında ötən il KONKAKAF Qızıl Kubokunun dörddəbir finalına yüksəlib.

Kanada yığması iyunun 1-də Edmontonda Özbəkistanla yoldaşlıq oyunu keçirəcək. İyunun 5-də isə Marşın komandası Monrealda İrlandiyanı qəbul edəcək.

Qeyd edək ki, Kanada DÇ-2026-da ilk oyununu iyunun 12-də Bosniya və Herseqovinaya qarşı keçirəcək. Şimali Amerika təmsilçisi iyunun 19-da Qətər, 24-də isə İsveçrə ilə üz-üzə gələcək. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
124
sport24.az

1Источники