RU

“Qiyamət buzlağı”nın Rusiya üçün yaratdığı təhlükə: Bu ərazilər suyun altında qalacaq

Antarktidanın "Qiyamət buzlağı" kimi tanınan “Tueytsa” buzlağının əriməsi, ən pis ssenaridə, qlobal dəniz səviyyəsinin o qədər əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb ola bilər ki, təkcə sahil şəhərləri deyil, həm də Qərbi Sibir də daxil olmaqla, alçaq ərazilər daşqın riski ilə üzləşə bilər.

Publika.az xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Coğrafiya İnstitutunun tədqiqatçısı Mariya Ananiçeva NSN-ə bildirib.

Daha əvvəl beynəlxalq alimlər qrupu “Tueytsa” buz şelfinin şərq hissəsinin sürətlə aşındığını bildirmişdi. Bu hissə təbii maneə rolunu oynayır və okeana nəhəng buz kütlələrinin hərəkətinin qarşısını alır.

Ananiçevanın sözlərinə görə, iki ssenari mümkündür. Əgər yalnız buzlağının özü ərisə, qlobal dəniz səviyyəsi təxminən 60 santimetr arta bilər. Lakin, proses qonşu Antarktida buz təbəqəsinə də təsir edərsə, dəniz səviyyəsinin qalxması üç metrə çata bilər.

Избранный
11
publika.az

1Источники