RU

ABŞ-də fabrikdə dəhşətli partlayış: Ölü və itkin düşənlər var

ABŞ-nin Vaşinqton ştatının Lonqvyu şəhərində yerləşən sellüloz-kağız fabrikində güclü partlayış baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə "CBS News" telekanalı məlumat yayıb.

Yerli yanğınsöndürmə idarəsinin verdiyi açıqlamaya görə, hadisə nəticəsində 1 nəfər həyatını itirib, 9 nəfər isə itkin düşüb. Bildirilir ki, insident zamanı 8 işçi və 1 yanğınsöndürən müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal yerli xəstəxanaya təxliyə edilsə də, onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.

İlkin araşdırmalara əsasən, partlayış kağız və lif istehsalında geniş istifadə olunan, tərkibi natrium hidroksid və natrium sulfiddən ibarət kimyəvi məhlulla dolu çəndə qeydə alınıb.

Rəsmi qurumlar hadisənin ətrafdakı sakinlər üçün hər hansı bir birbaşa təhlükə yaratmadığını bəyan ediblər. Bununla belə, qəzadan sonra çənlərin qeyri-sabit vəziyyətdə qalması ərazidə fəaliyyət göstərən təcili yardım və xilasetmə qrupları üçün ciddi risk və təhlükəli şərait yaratmaqda davam edir.

Aminə ŞAHSUVARQIZI

 

Избранный
37
redaktor.az

1Источники