RU

Azərbaycanda ən çox sürülən avtomobil markaları –SİYAHI

2026-cı ilin 1 yanvar tarixinə Azərbaycanda minik avtomobillərinin sayı 1 milyon 676.1 min ədədə çatıb. Bu, əvvəlki illə müqayisədə 90.8 min ədəd və ya 5.73% artım deməkdir.

Avtomobil parkında ən böyük paya malik marka əvvəlki illərdə olduğu kimi VAZ (LADA) olub. Vacib bir qeydlə bildirək ki, burada bütün modifikasiyada olan VAZ-lar hesablanır. Lakin bu markanın sayı il ərzində 135.5 min ədəd və ya 33.8% azalaraq 265.6 minə düşüb.

İkinci yerdə “Mercedes” qərarlaşıb. Alman markasının avtomobillərinin sayı 222.1 min ədədə yüksələrək illik müqayisədə 0.82% artıb. Öncəki illərlə müqayisədə daha aşağı templə artır. İlk beşlikdə həmçinin “Hyundai” (153.9 min), “Toyota” (124.9 min) və KIA (107 min) yer alıb. Bu markaların hər biri üzrə illik artım 7-9% intervalında olub.

Избранный
2
1
azpost.info

3Источники