“ABŞ Kubaya hücum planlaşdırır”.
KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Puerto-Rikonun qubernatoru Cennifer Qonsales yerli mediaya açıqlamasında deyib.
O, ABŞ-nin Kubaya qarşı mümkün hərbi əməliyyat hazırlığında olduğunu söyləyib.
Qonsales bildirib ki, ABŞ ordusunun yaxın günlərdə Kubaya hücum planı var: “Gələn həftə Kubaya hücum planlaşdırılır”.
Qubrnator həmçinin qeyd edib ki, daha əvvəl Venesuelaya mümkün müdaxilə üçün Puerto-Riko ərazisindən istifadə olunub.
O, ABŞ-nin hazırda Çin, Rusiya və İrana qarşı yeni “soyuq müharibə” siyasəti yürütdüyünü də bildirib.
Qeyd edək ki, Kubanın xarici işlər naziri Bruno Rodriqes Parrilya ABŞ-ni beynəlxalq sülhü və təhlükəsizliyi təhdid etməkdə ittiham edib.
O, BMT Təhlükəsizlik Şurasının iclasında bildirib ki, Kubaya qarşı mümkün hərbi əməliyyat əmri verən şəxslər tarixə “müharibə cinayətkarları” kimi düşə bilər.