RU

Məscidlərdə bayram namazı qılındı - Yenilənib

Qurban bayramı münasibətilə mayın 27-də Bakının məscidlərində bayram namazı qılınıb...

Poliqon xəbər verir ki, Təzəpir məscidində təşkil olunan bayram namazına Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə imamətlik edib.

Mərasimdə din xadimləri, paytaxt sakinləri iştirak ediblər.

Bayram namazında Ulu Öndər Heydər Əliyevin və şəhidlərin ruhuna dualar oxunub, xalqımıza firavanlıq, birlik, ruzi-bərəkət, dünyamıza sülh və əmin-amanlıq arzulanıb.

Qurban bayramı münasibətilə namazlar təkcə paytaxtda deyil, respublikanın müxtəlif bölgələrində, eləcə də işğaldan azad olunmuş ərazilərdə yerləşən məscidlərdə də qılınıb.

***

Qurban bayramı ilə əlaqədar məscidlərdə bayram namazı qılınır.

Poliqon xəbər verir ki, Əjdərbəy məscidində bayram namazı saat 08:00-da qılınıb.

Təzəpir məscidində isə bayram namazı 09:00-da qılınacaq.

Poliqon.info

Избранный
3
4
poliqon.info

5Источники