RU

ABŞ-nin növbəti hədəfi bu ölkədir: GƏLƏN HƏFTƏ HÜCUM....

"ABŞ Kubaya hücum planlaşdırır".

Bakıvaxtı.az xəbər verir ki, bunu Puerto-Rikonun qubernatoru Cennifer Qonsales yerli mediaya açıqlamasında deyib.

O, ABŞ-nin Kubaya qarşı mümkün hərbi əməliyyat hazırlığında olduğunu söyləyib.

Qonsales bildirib ki, ABŞ ordusunun yaxın günlərdə Kubaya hücum planı var: "Gələn həftə Kubaya hücum planlaşdırılır".

Qubrnator həmçinin qeyd edib ki, daha əvvəl Venesuelaya mümkün müdaxilə üçün Puerto-Riko ərazisindən istifadə olunub.

O, ABŞ-nin hazırda Çin, Rusiya və İrana qarşı yeni "soyuq müharibə" siyasəti yürütdüyünü də bildirib.

Qeyd edək ki, Kubanın xarici işlər naziri Bruno Rodriqes Parrilya ABŞ-ni beynəlxalq sülhü və təhlükəsizliyi təhdid etməkdə ittiham edib.

O, BMT Təhlükəsizlik Şurasının iclasında bildirib ki, Kubaya qarşı mümkün hərbi əməliyyat əmri verən şəxslər tarixə "müharibə cinayətkarları" kimi düşə bilər./Qafqazinfo

Избранный
19
3
bakivaxti.az

4Источники