Avropa İttifaqı (Aİ) ilə Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında seçimi erməni xalqı müəyyən edəcək.
Redaktor.az xəbər verir ki, Ermənistan mediasının məlumatına görə, bu barədə Baş nazir Nikol Paşinyan bildirib.
Paşinyan qeyd edib ki, bunu o özü etməyəcək.
“Mən deyirəm ki, Ermənistan xalqı Aİİ və ya Aİ-də olmaq seçimini etməlidir, bunu mən həll etməyəcəyəm”, - Baş nazir vurğulayıb.