RU

188 Yaşlı Qəhrəman

188

İlhamə

Müəllif

İlhamə Vəliqızı

188 Yaşlı Qəhrəman - Tısbağa Conatanın Möhtəşəm MacəralarıUlusum. az-ın bu dəfəki müsahibi sosial şəbəkədəki sadə bir çağırışa səs verən istedadlı ssenarist Mirvari Ağakişiyevadır. O, 188 yaşlı tısbağa Conatanı Azərbaycan uşaq ədəbiyyatının ən sevilən rəqəmsal qəhrəmanına çevirməyi bacardı. Müəllifin fərqli janrları sintez edərək qələmə aldığı bu macəralar, uşaqların həm təxəyyülünü, həm də emosional zəkasını inkişaf etdirmək üçün unikal bir bələdçidir. Ritual Teatr və Yaradıcılıq Laboratoriyası ilə çiyin-çiyinə çalışan Mirvari xanımın rəngarəng personajlarla zəngin olan sehrli dünyasına və yolda olan yeni kitabın sirlərinə gəlin birlikdə nəzər salaqDünyanın ən yaşlı canlılarından biri olan məşhur tısbağa Conatan, indi də Azərbaycan uşaq ədəbiyyatının baş qəhrəmanına çevrilib. Ritual Teatr və Yaradıcılıq Laboratoriyası tərəfindən ərsəyə gətirilən bu unikal multimedia layihəsi, uşaqlara yalnız hekayə bəxş etmir, həm də onların emosional zəkasını inkişaf etdirir. Əslində hər şey 2020-ci ildə layihənin müəllifi, rejissor və pedaqoq Aynur Zərrintacın sosial şəbəkədə etdiyi bir paylaşılma ilə başladı: “188 yaşlı tısbağaya hekayə yazaq”. Bu çağırışa həvəskar yazar və ssenarist Mirvari Ağakişiyeva cavab verdi. Beləliklə, kiçik bir status, status olmaqdan çıxıb 7-12 yaş qrupu üçün nəzərdə tutulmuş böyük bir innovativ layihəyə çevrildi. Bu gün layihə özündə çoxşaxəli elementləri birləşdirən illüstrasiyalı hekayə kitabı, emosional zəka iş dəftəri, virtual reallıqda kölgə teatrı, boyama dəftəri, görmə məhdudiyyətli uşaqlar üçün Brayl əlifbasında çap edilmiş xüsusi nəşr, eləcə də "Dünyanın Axtarışında".Bəs ilk kitabı unikal edən nə idi?Tısbağa Conatanın Macəraları: “Dünyanın Axtarışında” adlı ilk kitabın ən böyük özəlliyi onun ilk redaktorlarının elə uşaqların özləri olmasıdır. Kitab nəşr edilməzdən əvvəl məktəblilərdən ibarət ədəbi tənqidçilərin süzgəcindən keçib. İlk kitabın rəssam-illyustratoru Fatma Həmzəyeva, bədii redaktoru isə Almaz Həsənzadədir. Əsərdə uşaqlar üçün çətin mövzu olan "ölüm" anlayışı siçan Qoqo personajı vasitəsilə işlənib. Oxucuların bu qəhrəmanın gedişinə verdiyi emosional reaksiyalar, layihənin uşaqların qəlbinə toxuna bildiyini sübut etdi. İkinci kitab yoldadır: “Əjdahanın Sirri” və 19-cu Əsr Çini. Hazırda komanda “Əjdahanın Sirri” adlı ikinci kitab üzərində fəal işləyir. Conatanın növbəti macərası oxucuları 19-cu əsr Çininə – Tsin İmperiyası torpaqlarına aparacaq. Hekayənin müəllifi Mirvari Ağakişiyevanın sözlərinə görə, yeni kitab uşaqların beyin fəallığını artırmaq üçün fərqli janrların sintezindən ibarətdir. Dilemmalar və qərarlar uşaqların qərar vermə qabiliyyətini formalaşdırır. Detektiv janr hadisələrə fərqli rakurslardan baxmağı və şübhələri sorğulamağı öyrədir. Mistika və Balans: "Hər an hər şey ola bilər" həyəcanı yumoristik dialoqlar və təbiət təsvirləri ilə tarazlanır. Animasiya filmi uşağa hazır material verir. Hekayə yazmaq və dinləmək isə uşağın öz fantaziyasını, vizuallaşdırma qabiliyyətini işə salır. Ulusum.az ssenarist Mirvari Ağakişiyeva ilə söhbət zamanı yeni kitabda hansı personajların olması ilə də maraqlandı. Sirrli bir cəngavər, narsist donuzcuq, epitet dilində danışan zadəgan xanım, iti düşüncəli tacir, nadinc kimsəsiz uşaq və təbii ki, əfsanəvi Əjdaha! Hazırladı: İlhamə Vəliqızı188

Diqqət Çəkənlər

Azərbaycanda Qurban bayramı qeyd olunur.

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib

Mədəniyyət naziri Gəncə teatrının öz həmkarlarını xilas edən əməkdaşları ilə görüşüb

Избранный
89
ulusum.az

1Источники