RU

Mingəçevirdə şəhid ailələrinə, qazilərə və aztəminatlı şəxslərə qurban payları çatdırılıb

Mingəçevir, 27 may, AZƏRTAC

Xeyirxahlığın, insanpərvərliyin, bərabərliyin rəmzi olan Qurban bayramı Mingəçevir şəhərində də ənənələrinə uyğun qeyd edilir.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə bayram münasibətilə xüsusi ayrılmış kəsim məntəqəsində gigiyenik qaydalara və dini ənənələrə əməl edilməklə qurbanlıq heyvanlar kəsilib. 500-dən çox şəhid ailəsinə, qaziyə və 135 aztəminatlı ailəyə qurban payları çatdırılıb.

Qurban bayramı münasibətilə ölkəmizin tərəqqisi, xalqımızın rifahı naminə dualar edilib, hər bir ocağa ruzi-bərəkət, əmin-amanlıq arzulanıb.

Müxbir – Vüsalə Cənnətova

Избранный
40
1
azertag.az

2Источники