“Qurban kəsmək Allaha yaxınlaşmaqdır” Ağa Hacıbəyli bildirib ki, vəfat edən şəxsin adından qurban kəsilməsi tamamilə məqbul və gözəl bir əməldir. İlahiyyatçının sözlərinə görə, qurban kəsmək birmənalı olaraq Allaha yaxınlaşmaq, Onun rizasını qazanmaq deməkdir və bu, çox gözəl bir ibadətdir. Əgər bir insan sağlığında qurban kəsməyi arzulayıbsa, lakin müəyyən səbəblərdən bunu edə bilmədən vəfat edibsə, ailəsinin imkanı daxilində onun bu arzusunu yerinə yetirməsi məsləhətdir. İlahiyyatçı xüsusilə vurğulayıb ki, burada qurbanın növünə və niyyətinə diqqət yetirmək lazımdır: •İsmayıl (Qurban bayramı) qurbanı: Əgər vəfat edən şəxs sağlığında müqəddəs Qurban bayramında (İsmayıl qurbanı) heyvan kəsilməsini arzulayıbsa, ailəsi bayram günlərində onun adından bu qurbanı kəsə bilər. •Nəzir qurbanı: Əgər dünyasını dəyişən insanın niyyəti bayramla bağlı deyil, məhz bir "nəzir qurbanı" idisə, bu halda tələsməyə ehtiyac yoxdur. Ailə üzvləri bayram günlərinin bitməsini gözləyə bilərlər. Bayramdan sonra, nə vaxt maddi imkanları imkan verərsə, həmin nəzir qurbanını kəsib ehtiyac sahiblərinə paylaya bilərlər. Ağa Hacıbəyli sonda qeyd edib ki, imkanı olan ailələrin vəfat etmiş yaxınlarının ruhunu şad etmək və Allaha xoş gedən bir ibadəti yerinə yetirmək üçün bu cür xeyirxah addımlar atması təqdirəlayiqdir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта