RU

Almaniyada təhsil alan həmyerlimiz: Müstəqillik Gününü ilk dəfə Vətənimizdən kənarda qeyd etmək mənə unudulmaz hisslər yaşatdı

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Berlin, 27 may, AZƏRTAC

Təhsilimi davam etdirməyimlə əlaqədar dörd aydır ki, Almaniyanın Nürnberq şəhərində yaşayıram. 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən təşkil olunan rəsmi qəbulda iştirak etmək üçün Berlindəyəm. Müstəqillik Gününü ilk dəfə Vətənimizdən kənarda qeyd etmək mənə unudulmaz hisslər yaşatdı.

Bunu Almaniyanın Nürnberq Universitetinin ictimai hüquq və siyasi elmlər ixtisası üzrə magsitratrua pilləsində təhsil alan Məmməd Əsgərzadə AZƏRTAC-a müsahibəsində deyib.

Ölkəmizdə təhsil aldığı dövrdə ictimai həyatda fəal iştirak etdiyini bildirən M.Əsgərzadə qeyd edib: “Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə diasporumuzun fəal üzvləri, bir sıra diplomatlar və ictimai-siyasi xadimlərlə tanış olmaq imkanı qazandım. Bu, siyasi elmlər üzrə magistratura təhsili alan bir tələbə kimi mənim üçün çox əhəmiyyətlidir. Ən böyük arzum və hədəfim həm tələbəlik illərimdə, həm də sonrakı dövrdə xalqımızı və ölkəmizi uğurla təmsil etməkdir. İnanıram ki, bu arzuma nail olacağam”.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
47
1
azertag.az

2Источники