Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi bildirib ki, Ukrayna birbaşa təcavüz halında Belarusda ilk 500 hədəfi müəyyən edib, DW xəbər verir.
Onun sözlərinə görə, bu obyektlər artıq "göz önündədir". Telegram-da dərc olunan açıqlamada o, həmçinin Belarus rəhbərliyini münaqişəyə qarışmamaq barədə xəbərdar edib.
Brovdi Ukrayna vətəndaşlarını sakit olmağa, müdafiə qüvvələrinə etibar etməyə və hava hücumu sirenlərinə cavab verməyə çağırıb.
Bir müddət əvvəl, aprel ayında Ukrayna prezidenti Volodymyr Zelenski Rusiyanın yenidən Belarusu Ukraynaya qarşı müharibəyə cəlb etməyə cəhd edə biləcəyini bildirmişdi. Öz növbəsində Aleksandr Lukaşenko müharibə axtarmadığını, lakin Ukraynadan hücum halında müharibədə iştirak etməyə icazə verdiyini bildirib.
Əziz Mustafa