RU

Ukrayna liderindən türkcə bayram təbriki

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski Qurban bayramı münasibətilə paylaşdığı təbrik mesajını türk, Ukrayna və ingilis dillərində yayımlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Zelenski sosial media hesabında üç dildə yazılı açıqlama paylaşaraq Qurban bayramını təbrik edib.

Bayramın hər evə sülh, bərəkət və davamlı əmin-amanlıq gətirməsini arzuladığını bildirən Zelenski deyib: “Ukrayna olaraq bu il mümkün qədər çox ailənin Qurban bayramını təhlükəsizlik və rahatlıq içində keçirməsi üçün böyük mübarizə aparırıq. 

Həyatı burada - Ukraynada və Avropada qoruyarkən, eyni zamanda Yaxın Şərqdə, Körfəz bölgəsində və Cənubi Qafqazdakı dost və müttəfiq ölkələrdə də insanların təhlükəsizliyinə dəstək veririk. Dünyanın heç bir yerində qorxu və güvənsizlik insanların həyatına hakim olmamalıdır”.

Rusiyanın 2014-cü ildə Ukraynaya qarşı müharibəyə başladığını xatırladan Zelenski açıqlamasında bu fikirləri də səsləndirib: 

“Krımı da unutmuruq. Ölkəmizi və xalqımızı dəstəkləyən, Rusiya işğalına qarşı duran və insanlarımızın Rusiya əsarətindən xilas edilməsi üçün yardım edən hər kəsə ürəkdən təşəkkür edirik. 

Rusiya tərəfindən saxlanılan krımlı siyasi məhbusları da unutmadıq, onları yenidən evlərinə - Ukraynaya qaytarmaq üçün çalışmalarımızı davam etdiririk. Azad dünyanın da bu gün azadlığından məhrum edilən insanları unutmaması böyük əhəmiyyət daşıyır. Bu bayramın bütün xeyirxah insanlara ümid və güc gətirməsini arzulayıram. Qurban bayramınız mübarək olsun”.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
35
3
cebheinfo.az

4Источники