Bəs qadınların pensiya kapitalının artırılması üçün hansı addımlar atılmalıdır?
Demokrat.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Asif İbrahimov bildirib ki, Azərbaycanda qadınların pensiya kapitalının artırılması mümkündür, lakin bu məsələyə yalnız sosial yardım prizmasından deyil, iqtisadi model kimi yanaşmaq lazımdır.
Azərbaycan iqtisadiyyatı üçün qızıl fürsət – 2 milyard dollar gəlir - Medianews.az
“Hazırda qadınların böyük hissəsi ya qeyri-rəsmi çalışır, ya da real gəlirindən daha aşağı əməkhaqqı ilə rəsmiləşdirilir. Nəticədə onların sosial sığorta ödənişləri az olur və gələcək pensiya kapitalları zəif formalaşır.
Analıq və uşağa qulluq dövrü də qadınların pensiya təminatına təsir edən əsas amillərdəndir.
Qadınlar müəyyən müddət əmək bazarından uzaq qalır və bu da sığorta stajına təsir edir. Hesab edirəm ki, dövlət bu dövrlər üzrə əlavə sosial sığorta dəstəyi mexanizmləri tətbiq etməlidir. Əks halda qadınlar yaşlılıq dövründə daha ciddi maliyyə riskləri ilə üzləşə bilərlər”.
Asif İbrahimov vurğulayıb ki, qadınların iqtisadi aktivliyinin artması onların sosial təminatını da gücləndirir:
“Mən uzun illər müxtəlif idarəetmə və iqtisadi layihələrdə çalışarkən gördüm ki, qadınların iqtisadi aktivliyi artdıqca onların sosial təminatı da güclənir. Yəni məsələ təkcə pensiya yaşında deyil, əmək bazarına çıxış imkanlarında başlayır”.
6Источники
-
turkustan.azDİQQƏT: Qadınların gələcək pensiya kapitalı bu cür formalaşacaq ( 29005996)
-
demokrat.azDİQQƏT: Qadınların gələcək pensiya kapitalı bu cür formalaşacaq ( 29004859)
-
yenisabah.azQadınların pensiyası ilə bağlı kritik xəbərdarlıq Gələcəkdə böyük risk yarana bilər ( 29001160)
-
yenisabah.azQadınların pensiyası ilə bağlı kritik xəbərdarlıq - Gələcəkdə böyük risk yarana bilər ( 29000998)
-
konkret.azDİQQƏT: Qadınların gələcək pensiya kapitalı bu cür formalaşacaq VACİB AÇIQLAMA KONKRET ( 28998304)
-
konkret.azDİQQƏT: Qadınların gələcək pensiya kapitalı bu cür formalaşacaq – VACİB AÇIQLAMA ( 28998238)