RU

Ali məktəblər "Məzun günü"nü harada keçirəcək?

Universitetlərdə təhsil alan tələbələr üçün "Məzun günü" unudulmaz və xüsusi günlərdən biri hesab olunur. Hər il olduğu kimi, bu il də müxtəlif ali təhsil müəssisələri məzun gecələrini fərqli tarix və məkanlarda təşkil etməyə hazırlaşır.

Publika.az xəbər verir ki, Azedu.az universitetlər arasında sorğu keçirərək məzun günlərinin harada və ayın neçəsi keçiriləcəyini öyrənib.

Sorğuya cavab olaraq Bakı Dövlət Universitetindən (BDU) bildirilib ki, "Məzun günü" 12 iyunda Milli Gimnastika Arenasında təşkil olunacaq.

Azərbaycan Universitetindən (AU) bildirilib ki, bu barədə yekun qərar hələ yoxdur.

Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) verilən məlumata görə UNEC-in "Məzun günü" 30 iyunda Kristal Zalda olacaq.

Избранный
26
3
publika.az

8Источники