RU

Pokatilov üç ölkənin klublarına “yox” deyib

futbolpress-az saytına istinadən ain.az xəbər verir.

“Sabah”la müqaviləsini uzadan Stas Pokatilov Qazaxıstandan bir neçə klubdan təklif alıb.

Futbolpress.az xəbər verir ki, bu barədə “ASnews.kz” saytı məlumat yayıb. Qolkiper komandasının Çempionlar Liqasında iştirak edəcəyinə görə, digər təkliflərə “yox” deyib.

33 yaşlı qapıçı ilə “Aktobe”, “Yelimay”, “Tobol”, həmçinin, Rusiya və Türkiyədən iki klub maraqlanıb. Lakin Pokatilov “Sabah”la müqaviləsini uzatmağa qərar verib.

Qapıçı başa çatan mövsümdə 30 oyunda 22 qol buraxıb. O, 13 matçda qapısını toxunulmaz saxlayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
44
futbolpress.az

1Источники