RU

“Z nəsli”nin tarakanları

CJP rəsmən partiya yox, hərəkatdır. Onu Boston Universitetinin məzunu və siyasi kommunikasiya üzrə mütəxəssisAbhicet Dipkeadlı gənc fəal yaradıb. Qısa müddətdə ideya sürətlə populyarlaşıb və sosial şəbəkədə #MainBhiCockroach ("Mən də tarakanam") həştəqi ilə milyonlarla paylaşım edilib. Bəzi müxalifət partiyaları da hərəkata dəstək veriblər.

Ölkənin hər yerində tarakan maskotu kimi geyinmiş gənclər yeni hərəkatın təbliğatına qoşulub. Hərəkatın “instaqram” hesabını izləyənlərin sayı 5 günə 18 milyonu keçib. Bu, Hindistandakı digər partiyalardan daha çoxdur. İzləyicilər ölkənin oturuşmuş köhnə siyasi qüvvələrinin arasında “tarakan”ları yeni nəfəs kimi görür və dəstəkləyirlər.


“Tarakanlar”ın 5 bənddən ibarət manifesti var. Birinci bənddə deyilir ki, işdən çıxandan sonraməhkəmə hakimlərinə müavinətlərin verilməsi dayandırılmalıdır. İkinci bənddə ədalətli seçkilərin keçirilməsinin vacibliyi bildirilir. Üçüncü bənddə hökumətdə qadınların sayının 33%-dən 50%-ə qaldırılacağı vəd olunur. Dördüncü bənddə “tarakanlar” azad mediaya sadiqliklərini bəyan edirlər. Beşinci bənddə partiyasını dəyişən siyasətçilərin hökumətdə təmsilçiliyinə qadağa qoyulmasına çağırış əksini tapıb.

Hərəkat siyasətə maraq göstərən yeni nəslə cazibəli alternativ kimi görünür. Hindistanın1,4 milyard əhalisinin təxminən yarısı yaşı 30-dan az olan gənclərdir. Onların da cəmi 11%-i siyasi partiyaların üzvüdürlər. Bu vəziyyətdə” Tarakanlar Partiyas”ı“Z nəsli”nin siyasətə qarışmaq vasitəsikimi sosioloqlarda xüsusi maraq doğurur.


Bəziləri partiyanın adına xüsusi diqqət yönəldirlər. Tarakanlar heç bir pafoslu mənanı simvolizə edən canlı deyil, lakin dözümlüdür, dəyişikliyə uyğunlaşmağı bacarır və hər yerə yayılır. Buna görə də onlara qalib gəlmək mümkün sayılmır.

Görünür, dünyada gənclərin siyasətə gəlmə tərzi dəyişməyə başlayıb. Artıq proses onlayn şəkildə, yumorun və maskotların vasitəsilə baş verir.

Vüsal Məmmədov
AzVision.az
Избранный
31
1
azvision.az

2Источники