RU

Mikels “Sabah”da qalır: bombardirlə iki illik müqavilə

ain.az bildirir, Idman.biz saytına əsaslanaraq.

“Sabah” futbol komandasının hücumçusu Coy-Lens Mikels klubla yeni müqavilə imzalayıb.

İdman.Biz xəbər verir ki, Bakı təmsilçisi 32 yaşlı futbolçu ilə anlaşmanın müddətini daha iki il uzadıb.

Mikels “Sabah” tarixinin ən çox qol vuran futbolçusudur. O, komandanın heyətində 139 oyunda 72 dəfə fərqlənib.

Ruanda millisinin də üzvü olan hücumçu “Sabah” forması ilə bir dəfə Azərbaycan çempionu olub, iki dəfə ölkə kubokunu qazanıb. Misli Premyer Liqasının 2025/2026-cı illər mövsümündə 25 oyunda 19 qol vuran Mikels çempionatın bombardiri adını əldə edib.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
35
icma.az

1Источники