RU

Baş nazir: Gürcüstan xalqına və hökumətimizə qarşı yeni hücum dalğası başlayıb

Tbilisi, 27 may, AZƏRTAC

“Gürcüstan xalqına, ölkəmizə və hökumətimizə qarşı yeni kiçik hücum dalğası başlayıb. Xəyanət formulu olan Giorgi Kandelaki də daxil olmaqla, qurumlar bu işdə birbaşa iştirak edirlər”.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

Hökumət başçısının sözlərinə görə, bu işdə birbaşa iştirak edən qurumlar var.

“Biz Kandelaki və onunkimilərin keçmiş fəaliyyətlərini, bu gün nə etdiklərini bilirik. Bilmirəm, bəlkə də bu faktla bağlı hüquqi tədbirlər görülməsi yersiz olmazdı, amma bu, mənim işim deyil, müvafiq dövlət qurumunun işidir”, - deyə Baş nazir bildirib.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Избранный
161
1
azertag.az

8Источники