RU

"Nyukasl"dan hücum xəttinə 40 milyonluq gediş

İngiltərə Premyer Liqasında iddialı heyət qurmağı hədəfləyən "Nyukasl" klubu hücum mövqeyini gücləndirmək üçün hərəkətə keçib.

Fanat.Az xəbər verir ki, "Football İnsider" portalına istinadən xəbər verir ki, "sağsağanlar" "Çelsi"nin gənc hücumçusu Liam Delapın vəziyyətini yaxından monitorinq edir.

Baş məşqçi Eddi Hau ön xəttə yeni bir qolçu gətirmək niyyətindədir və klub əvvəllər də heyətinə qatmaq istədiyi Delap variantına geri dönüb.

London klubunda keçirdiyi debüt mövsümündə cəmi 2 qolla yadda qalan gənc forvard üçün "Çelsi" rəhbərliyinin təxminən 40 milyon funt-sterlinqlik təklifləri dəyərləndirə biləcəyi iddia olunur.

Избранный
26
1
fanat.az

2Источники