RU

Putin Qazaxıstana səfər etdi

Rusiya Prezidenti Vladimir Putin Qazaxıstana rəsmi səfərə gəlib.

Turkustan.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Qazaxıstanın paytaxtı Astanaya üç günlük rəsmi səfərə gəlib.

Putini daşıyan təyyarə yerli vaxtla təxminən saat 20:30-da Nursultan Nazarbayev Beynəlxalq Hava Limanına eniş edib.

Putin hava limanında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən hərbi orkestrin müşayiəti ilə keçirilən mərasimdə qarşılanıb. Qarşılama mərasimi zamanı kiçik bir hərbi parad keçirilib. Bundan əlavə, iki ölkənin bayraqlarını daşıyan iki hərbi helikopter havaya qalxıb.

Aytən Yaşar/ Turkustan.az

Избранный
47
turkustan.az

1Источники