RU

İmam Xomeyni adına hava limanında yanğın olub

Tehran şəhərindəki İmam Xomeyni adına hava limanında yanğın baş verib

Bizim.Media xəbər verir ki, bu barədə “Khabar Fouri” agentliyi məlumat yayıb.
 

Agentliyin yazdığına görə, yanğının günün ikinci yarısında hava limanının gömrük binasında başladığı bildirilir.


Hadisə nəticəsində xəsarət alan olmayıb, yanğın söndürülüb.

Yanğının səbəbləri və dəymiş ziyanın həcmi mütəxəssislər tərəfindən araşdırılır. İmam Xomeyni Beynəlxalq Hava Limanı İranın əsas beynəlxalq hava limanıdır və Tehrandan təxminən 30 kilometr cənubda yerləşir.

Bizim.Media

Избранный
71
bizim.media

1Источники