RU

Bakı metrosunun genişləndirilməsinə 180 milyon dollar ayrılıb

"Bakı Metropoliteni" QSC-də investisiya mühitinin cəlbediciliyini artırmaq məqsədilə beynəlxalq məsləhətçi şirkət cəlb olunub və 10 prioritet istiqamət üzrə xüsusi proqram hazırlanıb".

Publika.az xəbər verir ki, bu barədə "Report"a müsahibəsində "AZCON Holdinq"in icraçı direktoru Şahin Babayev bildirib.

Onun sözlərinə görə, miqyaslı layihələrin reallaşdırılması üçün beynəlxalq maliyyə qurumları, strateji tərəfdaşlar və xarici investorlarla birgə fəaliyyət zəruridir:

"Bu məqsədlə "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində inşa ediləcək 10 metro stansiyası, eləcə də Azərbaycan Dəmir Yollarının infrastruktur potensialının artırılması istiqamətində Asiya İnkişaf Bankı (ADB), Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) və Dünya Bankı ilə sıx əməkdaşlıq prosesi artıq start götürüb. AİİB ilə "Bakı metrosunun genişləndirilməsi layihəsi - I mərhələ" çərçivəsində 180 milyon ABŞ dolları məbləğində maliyyələşmə müqaviləsi imzalanıb".

Избранный
15
14
publika.az

10Источники