"Virgin Valiant Lady" kruiz gəmisindəki heyət üzvü həmkarına cinsi təcavüz edib və gəmidən endirilərək polisə təhvil verilib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, kruiz gəmisindəki heyət üzvü layner İtaliyada lövbər salarkən sərxoş olub və həmkarına təcavüz etməyə cəhd edib.
“Palermo Today” nəşrinin məlumatına görə, ekipaj üzvləri ilə bağlı hadisə 20 mayda Palermo limanında baş verib. 26 yaşlı perulu qadın sevgilisi olan 32 yaşlı həmkarından, eyni zamanda Peru vətəndaşından şikayət edib. Cütlük üç ildir ki, görüşür və bir neçə aydır ki, bir kabinədə yaşayırdılar. Bu hadisədən əvvəl dənizçi heç vaxt qadına cinsi təcavüz etməyibmiş. Lakin, lövbər salma zamanı o, həddindən artıq çox içki içib, qadının əllərindən tutub və qadının iradəsinə zidd olaraq cinsi əlaqəyə girməyə cəhd edib.
Qısa mübarizədən sonra perulu qadın göz yaşları içində gəmi heyətindən kömək istəyib və hücumdan sonra qollarındakı izləri göstərdi. O, tibb işçiləri tərəfindən müayinə edilib və kapitanın istəyi ilə kişi gəmidən çıxarılaraq İtaliya polisi tərəfindən saxlanılın. Daha sonra o, vətəninə deportasiya edilib. Belə məlum olur ki, İtaliya polisi bu cür zorlama ittihamını absurd sayıb, ona görə belə bir "cəza" ilə kifayətlənib.
Qeyd edək ki, son illərdə bu kimi hadisələr tez-tez qeydə alınır. Bəzən bir qadın 15 illik ərini cinsi təcavüzdə ittiham edərək məhkəməyə verir.
P.S. "Virgin Valiant Lady" adlanan gəminin adının mənası "Bakirə cəsur xanım" deməkdir, görünür, zərərçəkən şikayətinin ilhamını gəminin adından alıb.
Musavat.com