RU

ABŞ Dövlət katibi: Əsas məsələ İranın heç vaxt nüvə silahına sahib olmayacağıdır

Vaşinqton, 27 may, AZƏRTAC

“Əsas məsələ İranın heç vaxt nüvə silahına sahib olmayacağıdır”.

AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Marko Rubio Kabinet iclasında deyib.

“Son hadisələr bizə bir daha xatırladır ki, onlar heç vaxt nüvə silahına sahib ola bilməzlər”, - deyə Rubio bildirib.

O, diplomatiyanın həmişə birinci seçim olduğunu deyərək əlavə edib ki, növbəti bir neçə saat və gün ərzində irəliləyiş əldə edilib-edilməyəcəyi məlum olacaq.

“Əgər bu işə yaramazsa, başqa seçimlər də var. Amma əsas məsələ odur ki, biz diplomatik yola üstünlük veririk və ona uğur qazanmaq üçün hər şansı verəcəyik”, - deyə Rubio vurğulayıb.

Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Избранный
37
1
azertag.az

1Источники