RU

Ömürlük pensiya alanların diqqətinə!

Bir çox şəxsi maraqlandıran məsələlərdən biri də müddətsiz əlillik təyin edilmiş şəxslərin sonradan yenidən tibbi-sosial ekspertiza müayinəsinə cəlb olunub-olunmamasıdır. Mütəxəssislər bildirirlər ki, qanunvericiliyə əsasən müddətsiz əlillik verilmiş şəxslər müəyyən hallarda yenidən komissiyaya çağırıla bilərlər.

Publika.az Oxu24.com-a istinadla xəbər verir ki, Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən, əlilliyin əsaslılığını şübhə altına alan faktlar aşkar edildikdə vətəndaş yenidən tibbi-sosial ekspertiza müayinəsinə cəlb oluna bilər.

Qanunvericiliyə görə, bu qərar Tibbi-Sosial Ekspert Komissiyası və ya aidiyyəti dövlət agentliyi tərəfindən qəbul edilir.

Mütəxəssislərin sözlərinə görə, “müddətsiz əlillik” anlayışı vətəndaşın heç bir halda yenidən yoxlanılmayacağı anlamına gəlmir.

Əgər təqdim olunmuş tibbi sənədlərlə bağlı şübhələr yaranarsa, əlillik vəziyyətində dəyişiklik olduğu barədə məlumat daxil olarsa və ya qanunsuz təyinat ehtimalı müəyyən edilərsə, həmin şəxs əlavə müayinəyə çağırıla bilər.

Избранный
1
15
publika.az

10Источники